“Laçın və Kəlbəcərdə PKK düşərgələrinin olması tam dəqiqdir…” - Türkiyəli professordan ŞOK AÇIQLAMALAR

HADİSƏ 10 sen 2018, 09:45

Türkiyənin Atatürk Universitetinin tarix üzrə elmlər namizədi Savaş Eyilmez Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində-Laçın və Kəlbəcərdə PKK düşərgələri qurduğunu deyib.

Professorun sözlərinə görə, Laçın və Kəlbəcərdə PKK düşərgələrinin olması “tam dəqiqdir”.

Eyilmez Ermənistandakı PKK düşərgələrindən çoxsaylı terrorçuların bu günlərdə Ağrı və Tokat üzərindən Türkiyəyə keçdiyi, Ağrı bölgəsindəki Tendürek dağında cəmləşdiyi haqda xəbərləri şərh edərkən belə deyib.

“Ermənistan PKK-nın idarəçisi durumuna gəlib. Son vaxtlar ələ keçirilən PKK-çıların çoxu Ermənistan əsillidir. Ermənistan PKK-nın Türkiyədən ələ keçirəcəyi torpaqların bir qismini bölməyi planlaşdırır. Ermənistan 1992-ci ildən bəri öz torpaqlarını PKK düşərgələrinə açıb. Hazırda Gümrü, Spitak və Yerevan yaxınlığında ciddi terror düşərgələri mövcuddur. Üstəlik Azərbaycandan xain savaş yoluyla ələ keçirilmiş Laçın və Kəlbəcərdə PKK düşərgələrinin olduğunu dəqiq bilirik” – türkiyəli tarixçi bildirib.

PKK ile ilgili görsel sonucu

Savaş Eyilmez tesdiq edib ki, Ermənistandan keçən PKK-çıların Tendürek dağında cəmləşdiyi qeydə alınıb. Amma onların oradan Qara dəniz bölgəsinə sızmaq cəhdləri baş tutmayıb.

savaş eğilmez ile ilgili görsel sonucu

Savaş Eyilmez

Türkiyəli tarixçi 2010-cu ildən etibarən PKK-nın Gürcüstanda da möhkəmlənməyə başladığını deyib. Onun dediyinə görə PKK Gürcüstanda fərqli metod tətbiq edir. “Orada qeyri-hökumət təşkilatları, dərnəklər qurrurlar, maliyyə dəstəyini də Avropa İttifaqının maliyyələşdirdiyi fondlardan alırlar” – Eyilmez bildirib.

Virtualaz.org

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top