"Bura gəl, əclaf!" – Jirinovskini bir təpiklə yerə sərdilər - VİDEO

HADİSƏ 09 sen 2018, 19:29

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, bazar günü Moskva şəhərinin Puşkin meydanıda Rusiya liberal-demokrat partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski persiya yaşının artırılmasına qarşı keçirilən mitinqin iştirakçılarından biri ilə dava salıb.

Şahidlərin çəkdiyi rolikdən görünür ki, Jirinovski onu təhqir etmiş gəncə tərəf necə tullanır və ona necə zərbə endirir. Nəticədə, gənc yerə sərilir, dartışmada Jirinovski özü də yıxılır.

«Bura gəl, əclaf, bura gəl! Uzan, indi sənin dalınca «təcili yardım» gələcək – yarım il «psixuşka»da yatacaqsan! Sus, heyvan! Mən, səni 3 il basdıracam… » – Jirinovski qışqırır.


Əcəb demokrat… papdon-pardon, bu da belə «şizik»dir…

***

194973Rusiyanın Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski Moskvanın mərkəzində vətəndaşlardan birini təhqir edib və daha sonra yumruq zərbəsi endirib.


Buna səbəb kimi vətəndaşın siyasətçinin ünvanına təhqiramiz ifadələr səsləndirməsi göstərilib.

Jirinovskinin bu hərəkəti ətrafdakıların kəskin narazılığına səbəb olub. Belə ki, hətta Puşkin meydanına toplaşan vətəndaşlardan biri siyasətçinin ayaqlarına zərbə endirib və müvazinətini itirən Jirinovski yerə yıxılıb. Onun köməyinə cangüdənləri gəlib və yalnız onların yardımı ilə partiya sədri ayağa qalxıb.(axar.az)


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top