"ABŞ terror təşkilatlarını neftlə bəsləyir" - Ərdoğan

DÜNYA 09 sen 2018, 12:11

“ABŞ, hazırda Suriyada olanları tamamilə tribunadan izləyən tamaşaçı vəziyyətindədir. Heç bir sözünün arxasında durmayıb. Mənbiçlə bağlı verdiyi sözü tuttumu? 90 gün dedi, 90-ı keçdi...”.

 

Bu sözləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, ABŞ indi yenidən terror təşkilatlarını Mənbiçə yerləşdirməyə cəhd edir.

 

“Deyr-əz-Zor-da eyni şeyləri etdi. Hazırda Deyr-əz-Zorda terror təşkilatlarını, PYD-ni, YPG-ni bəsləyirlər. Nə ilə? Neftlər...Orada terror təşkilatlarının neftdən çox ciddi gəliləri var. 300 milyon dollarlıq xam neftin gəliri həmin terror təşkilatlarınındı. Hələ bunun emal olunmuşunu demirəm. Hər halda 700-800 milyon dollar olar. Bu rəqəmi Putinə də dedim, təəccübləndi. Amerika hazırda Suriyada iki terror təşkilatını bəsləyir. Onları maşa olaraq istifadə edir”.(Modern.az )

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top