“Ey oynayanlar, Urmiya gölü qurudulub...” - Sabiq deputat “Səni deyirlər”i oynayanları tənqid etdi.

SOSİAL 09 sen 2018, 10:59

Sabiq millət vəkili, nasir Xeyrəddin Qoca Moderator.az-a açıqlamasında son zamanlar məşhur olan “Səni deyirlər mahnı”sını oynayanları tənqid edib. 

 

Nasir bildirib ki, əslində bu mahnı oynamaq üçün oxunmayıb:

 

“Bu məsələylə bağlı dünən sosial şəbəkədə status da yazmışdım ki, “Səni deyirlər” mahnısına süjet çəkiblər. Polad Ələmdar “qurulmuş” kuklaların (rəqs edənlər həmin kuklalar kimi birdən xoda düşürlər) rəqslərinə baxıb əsəbindən kompüteri yerə çırpır. Mən bu mahnıya rəqs edənlərə etirazımı bildirmişdim. İnanların bir qismi fikrimlə razılaşmayaraq, narazılıqlarını bildirdilər. Deməli, İranda Urmiya gölü qurudulur, müğənni 25-30 il öncə toyda “Səni deyirlər” mahnısını oxuyuraq buna etirazını bildirir, İranda və bizim ölkədə bunu “sevinclə qarşılayırlar, rəqs edirlər, əzalarını nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxırlar”. Müğənni İbrahim Əlizadə bizim kanallardan birinə müsahibəsində bildirdi ki: “Mən bu mahnını sevinmək, şad olmaq üçün oxumamışam, rəqs olaraq demədim ki, oynayalar...”. Rəqs edənlər, sözünüz var? Ayıbdır axı, dərdə-kədərə oynayarlar? Bu cahillik, savadsızlıq nə zaman bitəcək? 

 

Ümumiyyətlə, insanlar bilməlidirlər ki, mahnıya qulaq asarlar, yoxsa mahnıya oynamazlar. Bizimkilər “Yanıq Kərəmi”nə də oynayırlar”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top