Abxaziyanın baş naziri yol qəzasında həlak oldu - YENİLƏNİB

DÜNYA 09 sen 2018, 10:39

Abxaziyanın baş naziri Gennadiy Qaquliyanın yol qəzasında həlak olmasına səbəb onun olduğu avtomobilin əks hərəkət zolağına çıxan avtomobillə toqquşması olub.

 

Bu barədə Abxaziya DİN rəhbərinin müavini Kazbek Kimşaxov bildirib.

 

Onun sözlərinə görə, əks hərəkət zolağına çıxan avtomobilin sükanı arxasında respublikanın gənc sakini olub.

 

 

***

Abxaziyanın baş naziri Gennadiy Qaquliya yol qəzası nəticəsində həlak olub.

 

Bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Qəza Abxaziyanın Müsser postu yaxınlığında baş verib. 

 

İlkin məlumatlara əsasən, Qaquliya xəstəxanada dünyasını dəyişib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top