Ramil Quliyev daha bir uğura imza atdı

İDMAN 08 sen 2018, 19:38

Türkiyəli millisində yarışan azərbaycanlı atlet Ramil Quliyev Çexiyanın Ostrava şəhərində təşkil olunan dünya çempionatında gümüş medal qazanıb.

 

“Qafqazinfo” xəbər verir ki, Quliyev 200 metr məsafəyə qaçışda 20,28 saniyə nəticə göstərərək ikinci olub.

 

Yarışda qızıl medalı 20,19 saniyə nəticə göstərən panamalı Alonso Eduard qazanıb. Ekvadorlu Aleks Quinonez isə 20,38 saniyəlik nəticə ilə bürünc medal əldə edib.

 

Quliyev Avropa, Eduard və Quinonez isə Amerika komandasının tərkibində yarışıblar.

 

Xatırladaq ki, Ramil Quliyev sonuncu dəfə 30 avqustda İsveçrənin Sürix şəhərində “Brilyant Liqa” yarışlarında 200 metr məsafəyə qaçışda gümüş medal qazanmışdı.

 

Avqustun 9-da Berlində keçirilən Avropa Çempionatının finalında isə 19,76 saniyəlik göstəricisi ilə qızıl medala sahib olub.

 

O, bu il Aralıq dənizi oyunlarında və “Brilyant Liqa” yarışlarında da birinci olmuşdu. Ötən il isə dünya çempionatında qızıl medal qazanmışdı.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top