"Rusiya bizim ən böyük ticarət tərəfdaşımızdır" - Aydın Hüseynov

İQTİSADİYYAT 08 sen 2018, 16:34

"Rusiya Azərbaycan üçün iqtisadi, siyasi, mədəni və digər sahələrdə dost ölkədir”.

 

Bunu "Sherg.az”a Prezident İlham Əliyevin Rusiya səfərinin əhəmiyyətini izah edərkən millət vəkili Aydın Hüseynov söyləyib. 

 

O xatırladıb ki, iki ölkə rəhbərləri arasında şəxsi dostluq münasibətləri mövcuddur:

 

"Bu hal da iki xalqın bir-birinə olan müsbət münasibətinin təcəssümüdür. Rusiya bizim ən böyük ticarət tərəfdaşımızdır. Azərbaycan şirkətləri Rusiyada fəaliyyət göstərir, rus şirkətləri ölkəmizlə əməkdaşlıq edir, invesisiya yatırırlar. Həmçinin Xəzər dənizinin karbohidrogen ehtiyyatlarının dünya bazarına çıxarılmasında Xəzərətrafı ölkələrin bir araya gəlməsində də Rusiyanın rolu böyük oldu.


Rusiya ilə münasibətlərimiz siyasi baxımdan da qaydasındadır.

 

 Bu ölkə ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında müsbət rol oynaya biləcək dövlətlərdəndir. Bütün bunları nəzərə alaraq, Prezident İlham Əlieyvin Rusiya səfəri ölkələrimiz arasındakı əməkdaşlıqda müsbət rol oynayacaq hadisədir”.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top