Alimlər Böyük Səhranı yaşıllığa çevirəcəklər

MARAQLI 08 sen 2018, 12:55

ABŞ, Çin, İtaliyadan olan meteoroloqlar qrupu Böyük Səhranın iqlim modelini hazırlayıb.


“Ölkə.Az” xəbər verir ki, modelə əsasən, region yenidən yaşıllaşdırıla bilər. Qrupun tədqiqatı “Science” jurnalında dərc edilib.


Alimlər bildiriblər ki, Böyük Səhranı günəş və külək elektrik stansiyaları ilə doldurmaq olar. Bunun hesabına isə bütün bəşəriyyətin bu gün istifadə etdiyi enerjidən 4 dəfə çox enerji istehsal etmək mümkündür.


Onların sözlərinə əsasən, layihənin işə düşməsi nəticəsində ərazidə yağıntıların miqdarı iki dəfədən də çox artacaq. Bu isə regionda bitki örtüyünün artmasına səbəb olacaq.


Bundan başqa külək elektrik stansiyaları küləyin və hava kütləsinin hərəkətinə təsir edəcək. Günəş batareyaları isə günəş şüalarını əks etdirəcək və yerin səthi soyuyacaq. Bu isə səhrada əkinçiliyin yenidən inkişafına səbəb olacaq.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top