Azərbaycanın 5 qat dünya çempionu həbs edildi - FOTO

İDMAN 07 sen 2018, 15:56

Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov həbs olunub. 

 

Demokrat.Az Unikal.org-a istinadən xəbər verir ki, idmançının həbsinə səbəb qayınatasını vəhşicəsinə döyməsidir. 

 

Belə ki, E.Məcidov qayınatasının yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəmnində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.

 

Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub. İdmançı 2 gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

 

Qeyd edək ki, Ehram Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisidir.

 

 

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top