Qubad İbadoğlu ABŞ universitetində işləməyə başladı

HADİSƏ 07 sen 2018, 12:59

Tanınmış iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlu ABŞ-dan aldığı iş təklifini dəyərləndirib.

Demokrat.Az-ın məlumatına görə, Q.İbadoğlu artıq Amerikadadır və o, Rutgers Universitetində işləməyə başlayıb.

“Yenidən ABŞ-dayam, bura nüfuzlu Rutgers Universitetinin dəvəti ilə professor vəzifəsində çalışmağa gəlmişəm. Bir müddət həm İqtisadiyyat və həm də Siyasi Elmlər Departamentlərində işləyəcəm. Bakalavr tələbələri üçün "Keçid iqtisadiyyatı", magistrlər üçün isə "Təbii resursların iqtisadiyyatı", eləcə də "Beynəlxalq siyasi iqtisadiyyat" dərslərini tədris edəcəm. Əminəm ki, bu tədris ilində Rutgers Universitetində elmi-pedoqoji fəaliyyət yalnız fərdi potensialın reallaşmasına və şəxsi zəmində inkişafa deyil, həm də və daha çox gələcək Azərbaycana töhfə olacaq”,-Q.İbadoğlu deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top