Rusiya ölkədən qaçmış erməni nazirini axtarmaqdan imtina etdi

DÜNYA 07 sen 2018, 13:25

Rusiya dövlətlərarası axtarışa verilən Ermənistanın sabiq-müdafiə naziri Mikael Arutyunyanı axtarmaqdan imtina edib.


Demokrat.Az xəbər verir ki, bu barədə "İnterfaks" etibarlı mənbəyə istinadən xəbər yayıb.


"Yerevanda 1 mart 2008-ci il hadisələrinə görə ittiham edilən Arutyunyan barəsində materialların öyrənilməsindən sonra Rusiya Federasiyası ərazisində onun axtarışının ləğvi haqqında qərar qəbul edilib", - deyə bildirilib.


Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Koçaryan 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılmasına əmr verməkdə ittiham olunub. 10 nəfərin ölümünə səbəb olan aksiyalarla əlaqədar ona qarşı bir qrup şəxslə əlbir olaraq konstitusiya quruluşunu devirmək barədə ittiham irəli sürülüb. Koçaryan bir müddətlik həbs olunub. Daha sonra o məhkəmənin qərarı ilə azad olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top