“Qarabağ mitinqi”nin vaxtı müəyyənləşdi

SOSİAL 06 sen 2018, 11:09

“Mənim də üzv olduğum "Qarabağ Komitəsi" 29 sentyabr 2018- ci ildə mitinq keçirmək haqqında qərar qəbul etdi”. 

 

Modern.az xəbər verir ki, bu haqda sabiq baş nazir Pənah Hüseyn bildirib. Onun sözlərinə görə, mitinqə qanunvericiliyə müvafiq müraciət gələn həftə imzalanıb göndəriləcək. 

 

“Mitinqin şüarı Qarabağa azadlıq təklif edilib. Lakin bir həftə ərzində daha məqbul şüarlar tapılarsa,  heç şübhəsiz nəzərə alına bilər. Mitinqin təşkilatçılığı da açıqdır. Təşkilatçı kimi iştirak etmək istəyənlər Qarabağ Komitəsinə müraciət edə bilər. Mənə, Mirmahmud Mirəlioğluna, İskəndər Həmidova, Akif Nağıya, Razim Əmraslanova (Musavat Partiyası) müraciət etmək olar. İnanıram ki, dostlar dəstək verəcək və QARABAĞ mitinq ciddi hadisə olacaq”, - Pənah Hüseyn bildirib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top