Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

SOSİAL 06 sen 2018, 09:57

Bakının Mir Cəlal küçəsinin yenidən qurulması işləri çərçivəsində sabahdan küçədə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə qismən məhdudlaşdırılacaq.

 

Bu barədə Demokrat.Az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən bildirilib. 

 

Məlumatda deyilir ki, küçə boyu hərəkət tam məhdudlaşdırılmır: "Sürücülərdən sözügedən istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur. Yaranacaq müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik".

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top