Azərbaycanlı akademik koronavirusa yoluxdu — FOTO

HADİSƏ 14 iyun 2020, 12:32

Tanınmış professor, "Urologiya Mərkəzi" klinikasının sahibi, akademik Kamal Abdullayev koronavirusa yoluxub.


Bu barədə Haqqin.az-a səhiyyə üzrə məlumatlı mənbədən məlumat daxil olub.


Etibarlı mənbə qeyd edir ki, 80 yaşlı akademik hazırdda virusa qalib gəlmək üçün öz müalicəsini davam etdirir. 


Qeyd edək ki, Kamal Abdullayev uzun müddət respublikanın baş uşaq uroloqu, 2004-2005-ci illərdə isə Səhiyyə Nazirliyinin baş uroloqu olmuşdur. Professor Kamal Abdullayev, Respublika Transpantoloqlar Assosiyasının sədri, Respublika Uroloqlar Cəmiyyətinin sədr müavinidir, Avropa Uroloqlar Cəmiyyətinin üzvüdür. 2000-ci ildə  Kamal Abdullayevə Azərbaycan Respublikası prezidenti tərəfindən “Əməkdar Həkim” adı verilmişdir. Görkəmli alim indiyə kimi məşğul olduğu elm sahəsinin ayrı-ayrı problemlərinə dair  4 monoqrafiyanın və  200 dən çox elmi məqalənin, 14 səmərələşdirici təklifin müəllifi olmuşdur.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 noyabr 2024, 09:15
Top