Deputatın istirahət mərkəzində ərəbin başına iş gəldi

HADİSƏ 05 sen 2018, 11:27

Bakıda məşhur istirahət mərkəzində oğurluq olub.

 

Unikal.org-un xəbərinə görə, Səbail rayonu, Şıx çimərliyində yerləşən "Min bir gecə” istirahət mərkəzində turist kimi istirahət edən İraq vətəndaşı Mocyad Qasım Muhammed Səbail rayon Polis İdarəsinə müraciət edərək həmin obyektdə 2500 dollar və 2000 manat pulunun oğurlandığını bildirib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, "Min bir gecə” istirahət mərkəzinin sahibi deputat Hüseynbala Mirələmovdur.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top