Bakı metrosunda dəhşət: Ər arvadını bıçaqladı

HADİSƏ 04 sen 2018, 22:42

Bakı metrosunun "Nəsimi” stansiyasında bıçaqlanma hadisəsi baş verib.

 

Bu barədə "Qafqazinfo"ya açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib. 

 

Onun sözlərinə görə, bu gün saat 19:23 radələrində metronun platformasında ər və arvad mübahisə edib:

 

"Kişi həyat yoldaşına iki bıçaq zərbəsi yetirib. Qadın təcili tibbi yardımla xəstəxanaya aparılıb. Hadisə yerinə gələn polis şübhəli şəxsi saxlayıb”. 

 

Faktla bağlı araşdırma aparılır. 

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top