Başı bəlalı 20 nömrəli məktəb...

TƏHLİL 04 sen 2018, 16:16

Bilik günündə 2017-ci ildə Bakının Yasamal rayonunda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının açılışı oldu. Şəxsən cənab prezident özü binanın açılışında iştirak edib. Şagirdlər açılışını ümidlə gözlədiyi  binada tədris ilinə yeni ümidlərlə başladılar.


Xatırladım ki, ondan əvvəl  bir qalmaqalda bina ilə bağlı yaşanmışdı. Sözügedən məktəbin binasının liseylərin birinə veriləcəyi barədə söz-söhbət gəzirdi. 

Həmin vaxtı valideynlər bu hadisəni çox hiddətlə qarşılamışdılar. İş o yerə gəlib çıxmışdı ki, məktəbin qarşısında mitinq keçirməyi belə planlamışdılar. Hələ o zaman rəhbərlik müəllimləri hədələyib bildirmişdi ki, hansı müəllimənin sinfinin valideynləri o yığıncaqda iştirak etsə, dərhal həmin müəllimə işdən azad ediləcək. Məsələ o dərəcə böyüdü ki, sonda təhsil nazirliyi bu barədə açıqlama verərək binanın elə 20 nömrəli məktəbin olacağı bildirdi. Yenə ümidlər çiçəkləndi və valideynlər rahatlandı. 
15 sentyabr 2017-ci ildə uşaqlar öz yeni binalarında təhsil almağa başladılar.


Bir müddət keçdikdən sonra məktəbə yeni direktor təyinatı oldu.Valideynlərin ümidləri daha da çiçəkləndi, boy atdı. Məktəbdən daha böyük islahatlar gözlədilər. Məktəb yeni mərhələyə addım atdı, təhsil güclənəcək, rüşvət yığışdırılacaq, məktəbdə daha pul yığılmayacaq, hər şey yüksək səviyyədə olacaq. Müəllimlər uşaqlara ciblərinə görə yox, öz biliklərinə görə qiymət verəcəklər. Bu hər bir valideynin ürəyindən keçən arzular idi. Xatırladaq ki, əvvəlki direktordan hamı narazı idi və yuxarıda sadaladığım bütün neqativ hallar onda cəmləşirdi. Ona görə də bu yeni təyinatı şagirdlərdən çox elə valideynlər gözləyirdi.
Yeni direktorun ilk islahatı məktəbin qapılarını valideynlərin üzünə bağlamaq oldu. Heç bir valideyn məktəbə buraxılmırdı. Amma buraxılanlar da vardı, “yuxarıdan tapşırılanlar”.  Adi valideynlərə isə bu yol bağlı idi. Bundan sonra səhər məktəbə gələnlər tez-tez qapı ağzında davaların şahidi olmağa başladılar.


Davalar,  “tapışnan olanlar” – bu vəziyyət məktəbdə baş aldı getdi. Bundan əlavə kiçik siniflərin müəllimləri aşağıdan gəlib heç uşaqları sıraya düzüb yuxarı qaldırmağa belə tənəzzül etmirdilər.


Təsəvvür eləyin ki, birinci sinif şagirdləri, özlərindən ağır çantaları və məktəbin bitməyən pilləkanları. Yazıq uşaqlar  bu halda el arasında bel əyriliyi deyilən skarlioz xəstəliyinə tutlmalmasalar yaxşıdı. (əgər hələ də tutulmayıblarsa)
Yavaş-yavaş başqa məsələlər də baş alıb getməyə başladı. Məktəb yavaş-yavaş öz qaydasına düşdü. Atalar demiş “köhnə hamam, köhnə tas” formasına dönməyə başladı.


Siz elə bilirsiz hər şey bitdi? Yox əlbətdəki, tamaşalar hələ qabaqdadır. İlin sonu imtahanlar, summativlər….
Bu bir ayrı oyun idi. Uşaqlar imtahan verdilər, valideynlər nə imahan vərəqələrini gördülər? nə də qiymətləri.
Öyrənmək istəyənlərdə də heç nə alınmadı, sovet dövründə “KQB”-də necə gizli iş gedirdisə, 20 nömrəli məktəb döndü ona. Hər şey məxfiləşdi. Niyə, nə üçün? Biz məgər məktəbdə agentlər yetişdiririk?


Yay tətilindən 1 ay keçəndən sonra qiymətləri öyrənə bildilər yazıq valideynlər. Növbəti əsəb, stresdən sonra. Belə çıxır ki, bu məktəb də o biri adi məktəblər kimi heç nə görülmür. Buranın öz qayda-qanunu var görülən.
Yay tətili deyəsən hər şeyi unutdurmuşdu bizə, nə bilək əsl kabus qarşıdadır.


Məktəbin baş bilənləri oturub qərar verir ki, bu il 20 nömrəli məktəbin özünə məxsus məktəbli forması olsun. Biz yeniliklərə hər zaman sevinirik, amma baxır hansı yeniliklərə.


Avqustun sonu valideynlər yeni məktəbli formalarının  qiymət kağızın alır. Deyəsən məktəb də keyfiyyətdən çox qiymətə önəm verirlir axı, formaların keyfiyyətindən heç söz açılmadan qiymət kağızı buna sübut idi.
Qiymətlər də “at belində”. Bir valideyn uşağı geyindirməyə ən azı  91 manat gərək xərcə düşsün. Hansı qanuna uyğundur, bəlkə də uyğundur biz bilmirik.


Qiymətlər bir tərəfə bəlkə də hər valideyn borca- xərcə düşsə də alıb geyindirər oğluna ya qızına. Bəs keyfiyyət? Bərbad vəziyyətində. Əgər 10 ballıq şkala ilə qiymətləndirmə keçirsələr, vallah mənim şəxsən o bədbəxt 0-a belə yazığım gələr. Görünür az pul xərcləyib çox pul qazanmaq istəyənlər , uşaqların, məktəbin üzərindən ciblərini doldurmaq istəyirlər, hər zaman olduğu  kimi.


Yazıq valideynlərin deyəsən hələ başları dərd bəladan çəkəcək, problemləri bitməyəcək. Biz uşaqlarımızı məktəbə sevinclə  yollayanda, bilmirdik ki, özümüzü necə əngələ salacağıq. Forma dəhşəti bitməmiş yenidən bir problemlə üzbəüz qalacagıq. Indi hal hazırda problem ikinci növbədi.  4000 şagird üçün nəzərdə tutulan məktəbdə bütün siniflər yerləşdirildi, yalnız 3-cü siniflərə yer çatmadı.  Siz düşünün indi, dövlətdən maliyələşən məktəbin direktoru iclasda deyir ki, pul yığın təhsil nazirliyindən xahiş edin, məktəbin arakəsmələrində sizə sinif otağı tikilsin.  


Sizə sinif otağı yoxdur. Bəs ay hörmətli direktor və nümayəndələri siz düşünmürdünüzmü 25 nəfərlik siniflərə hörmətlə 45-50 uşaq yığanda belə olacaq?


Baxın bu bizim təhsil ocağımız, buda bizim həmin ocaqda  uşaqlarımıza rəhbərlik edən təhsil başçımız. 
Görəsən biz hara gedirik?


Bu yerdə Yusif Vəzir Çəmənzəminlinin “Dağılan tifaq”  əsəri yadıma düşür. Dağılan tifaq, 20 nömrəli məktəb və valideynlərin puç olmuş arzuları. Bəlkə də elə şagirdlərin də. Amma yox, şagirdlərin yolu uzundur, ümidləri isə çox…


Çinar Zadə
Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top