Nizami rayon İcra Hakimiyyəti süpürgəçi qadınlara qum daşıtdırır - VİDEO

HADİSƏ 04 sen 2018, 18:07

Bakının Nizami rayonu, Qara Qarayev prospektində süpürgəçilərin yol tikintisində işləməsi iddiası əsassızdır.


Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.


Qurum rəsmisi qeyd edib ki, agentlikdə fəhlə qadın işləmir:


"Agentlik tərəfində süpürgəçilərin yol prospektinin çəkilişində işlədilməsi mümkün deyil".

 

***


Bakının Nizami rayonu Qara Qarayev prospektində çəkildiyi iddia olunan görüntülər müzakirələrə səbəb olub.


Demokrat.Az Azxəbər.com-a istinadən xəbər verir ki, videogörüntülərdə süpürgəçi bir qrup qadın tikinti üçün qum daşıyırlar.


Qadınlar onları çəkən şəxsə etirazlarını bildirərək, bu görüntülərin onların işlərini itirmələrinə səbəb olacağını deyirlər.


Görüntülərin konkret hansı tarixdə çəkildiyi məlum deyil.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top