Moderator.az belnovosti-yə istinadən xəbər verir ki, populyar reper, Kim Kardaşyanın əri Kanye Uest ABŞ prezidenti titulu uğrunda mübarizə aparacağını bildirib.
Rep ifaçısının sözlərinə görə, bu qeyd-şərtsiz 2024-cü ildə baş verəcək. Məlumdur ki, Kanye Uest Donald Trampın tərəfdarıdır və 2016-cı ildə onların Nyu-Yorkda birgə görüşü olub.
Reperin Tvitterdə öz xeşteqi (sosial şəbəkədə açar söz) var - Kanye2024. İndiki prezident Donald Trampla görüşəndən sonra bununla demək istəyib ki, repçi Trampı ikinci müddətə də dövlətin başında görmək istəyir.
Keçən ilin iyununda repçinin arvadı, teleulduz Kim Kardaşyan da siyasətə gəlib ABŞ prezidentliyinə namizədliyini verəcəyini bəyan etmişdi. Kardaşyan ərinin arzusunu biləndən sonra fikrini dəyişib və birinci ledi olacağına bir əngəl görmədiyini bildirib.