Ronaldo İspaniya klubunun səhmlərinin 51 faizini alıb

İDMAN 03 sen 2018, 22:58

Braziliya milli komandasının əfsanəvi futbolçusu Ronaldo yenidən İspaniya La Liqasına yüksələn "Valyadolid" klubunun səhmlərinin 51 faizini alıb.

 

Klubun rəsmi saytına istinadən verilən xəbərə görə, braziliyalı sabiq hücumçu bunun üçün 30 milyon avrosundan keçməli olub. O, bu gündən "Valyadolid"in əsas səhmdarı və prezidenti olacaq.

 

Rəsmi imzalar atıldıqdan sonra Ronaldo yeni klubu ilə bağlı fikirlərini bölüşüb: "Bundan əvvəl futbolun bir neçə səviyyəsində iştirak etmişdim. İndi yeni bir mərhələyə başlayıram. "Valyadolid" klubunu daha yüksək yerlərə qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Bu yolda azarkeşlərin də dəstəyi vacibdir".

 

Qeyd edək ki, "Valyadolid" 2017/2018 mövsümündə 5-ci yeri tutaraq La Liqaya vəsiqə qazana bilib. 

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top