"Türkdilli dövlətlərin güclərini birləşdirəcəyinə inanırıq" — Ərdoğanın baş sözçüsü

SİYASƏT 03 sen 2018, 16:40

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitinin keçirilməsi artıq türk dünyasının təkcə sözdə deyil, əməldə də gerçəkləşməsinin bir göstəricisidir. Türkdilli dövlət başçılarının Qırğızıstanda bir araya gəlməsi çox sevindirici hadisədir".


Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Türkiyə prezidentinin baş sözçüsü, sabiq deputat Mehmet Akarca bildirib.
 

Mehmet Akarca deyib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitinin keçirilməsi türkdilli dövlətlərin liderlərinin birgə təşəbbüsü nəticəsində mümkün olub:


"Cənab prezidentlər - Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və bu toplantıya qatılan digər türkdilli dövlət başçılarının ortaq fəaliyyətləri və niyyətləri Türk dünyasının daha güclü olacağına böyük inam yaradır. İnanıram ki, yaxın gələcəkdə Türkdilli dövlətlər bir-biri ilə daha yaxın təmaslar quraraq və ortaq fəaliyyətləri reallaşdıraraq Türk dünyasının daha da güclənməsinə təkan verəcəklər. Bundan sonra Türkdilli dövlətlərin güclərini birləşdirərək dünya siyasətində xüsusi rol oynayacağına inanırıq. Bir türk olaraq da bundan böyük sevinc hissi keçiririk".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top