Ronaldoya yaraşmayan göstərici – 23 zərbə, 0 qol

İDMAN 03 sen 2018, 14:24

Bu yay  “Real”dan “Yuventus”a keçən Kriştiano Ronaldo hələ də İtaliya A Seriyasında qol hesabını aça bilməyib.


Portuqaliyalı hücumçu rəqib qapılarına 23 zərbə endirsə də, bunlardan heç biri qol olmayıb. İtaliya mətbuatı Ronaldonun bu göstəricisinin Avropada ən pis nəticə kimi qiymətləndirib.


Qeyri-dəqiq zərbələrdə ikinci yeri “Nant”ın yarımmüdafiəçisi Valenten Ronjye tutur. Onun 15 zərbəsi hədəfdən yayınıb. Üçüncü yerdə “Kristal Palas”dan Kristian Benteke (13) qərarlaşıb.


Qeyd edək ki, “Yuventus”  33 yaşlı futbolçu üçün  “Real”a 112 milyon avro təzminat ödəyib. Futbolçu özü isə ilinə 30 milyon avro qazanacaq / korner.az /

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top