Mehmanın müalicəsinə Ramiz Mehdiyev, Oqtay Şirəliyev, Əli Həsənov da pul köçürüb? — FOTO

SOSİAL 07 iyn 2020, 09:50

Xərçəng xəstəliyindən əziyyət çəkən bloqer Mehman Hüseynovun müalicəsi üçün Azərbaycandakı vəzifəli şəxslərin də pul köçürdüyü iddia olunur.

 

Demokrat.az-ın pravda.az-a istinadən xəbərinə görə, yardım kampaniyasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin (CHF1000 – 1778 AZN), Səhiyyə naziri Oqtay Şirəliyevin (CHF150 – 266 AZN), Əli Həsənovun (CHF150), eləcə də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun (CHF150) iştirak etdiyi bildirilir.

 

Bu vəzifəli şəxslərin adları gofundme.com saytında yer alıb. Yayılan xəbərlərə rəsmi münasibət bildirilməyib.

 

Mütəxəssislər bildirirlər ki, vəsaiti köçürənlər həmin vəzifəli şəxslər olmaya da bilərlər, başqalarının onların adından istifadə etməsi mümkündür.

 

Qeyd: Mehman Hüseynovun müalicəsi üçün lazım olan məbləğ toplanıb.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top