Dünyanın ən zəngin adamından ABŞ-dakı etirazlara DƏSTƏK

MARAQLI 06 iyn 2020, 23:24

ABŞ-da qaradərili Corc Floydun öldürülməsindən sonra dünyada "Qaradərililərin həyatları vacibdir" hərəkatına dəstək getdikcə böyüməyə başlayıb. Dünyanın ən böyük pərakəndə satış şirkəti "Amazon" da bu şüardan istifadə edərək dəstəyini göstərib.

 

Demokrat.az xəbər verir ki, qaradərililərin başlatdığı etirazları dəstəklədiyi üçün bir müştərisi tərəfindən tənqid olunan şirkətin icraçı direktoru və dünyanın ən zəngin adamı olan Ceff Bezos etirazları dəstəkləməyə davam edəcəyini söyləyib.

 

Ceff Bezos sosial media hesabında "Polisin ölümcül davranışları qarşısında başlayan etirazları dəstəklədiyimi və fikrimin dəyişməyəcəyini bilməyinizi istəyirəm" şəklində fikirlər səsləndirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top