Vahid Əhmədovdan MÜHÜM AÇIQLAMA

SİYASƏT 06 iyn 2020, 20:09

Azərbaycanın  işğal  edilmiş  ərazilərində  “qondarma”  prezident  və  parlament  seçkilərinin  keçirilməsini  qondarma  xunta  rejimi  və  Ermənistan  tərəfindən  Azərbaycana  birbaşa  təcavüzün  və  işğalın  davamı  kimi  qiymətləndirirəm. Prezident  İlham  Əliyevin  2020-ci  il  iyunun  3-də  Tərtər  Olimpiya  Kompleksinin  açılışı  zamanı  bu  məsələ  ilə  bağlı  söylədiyi  fikirlərlə  tam  razıyam  və  müdafiə  edirəm. Dünyanın  əksər  ölkə  və  beynəlxalq  təşkilatlarının  bu  şounun  nəticələrini  tanımaması bizim  işimizin  haqq  işi  olmasını bir  daha  sübüt  etdi. Həmişə  olduğu  kimi,  bu  dəfə də  Avropa  Şurasının  susması, ikibaşlı  ermənipərəst  siyasət  aparması  bizdə  təəccüb  və  təəssüf  hissi  yaratdı. Bir  qrup  ermənpərəst  Avropa  parlamentarilərin  təsiri  altında  Azərbaycanın  ərazi  bütövlüyü  istiqamətində  apardığı  haqq  işini  müdafiə  etmədi, qondarma  seçkilərə  münasibət  bildirmədi.

 

Prezident  İlham  Əliyevin  dəfələrlə  qeyd  etdiyi  kimi,  bu  təşkilat  Azərbaycanın  sərbəst  siyasət  yeritməsini  həzm  edə  bilmir, müxtəlif  bəhanələr  gətirməklə  Azərbaycanın  uğurlarına, ərazi  bütövlüyünün  bərpa  edilməsi  istiqamətindəki  fəaliyyətinə  dəstək  verməyərək, qaralama  siyasəti  aparır. Azərbaycanda  yaradılmış  demokratik  mühit, əmin-amanlıq, əhalinin  tam təhlükəsiz  həyat  sürməsi, azad  fikir  söyləməsi  fonunda, əksər  Avropa  ölkələrindəki  əhaliyə  qarşı  qeyri-insani  rəftarlar, zorakılıq  halları  nədənsə  Avropa  Şurası  Parlament  Assambleyasının  gözündən  yayınır, heç  bir  münasibət  bildirilmir. Təbii  ki, bu  hallar  bizdə - Azərbaycan  Parlamentinin  üzvlərində  Avropa  Şurasının  demokratik  dəyərlərdən  uzaq  olduğu, ikili  siyasətin  təmsilçisi və  aparıcısı  fikrini  yaradır. Belə  böyük  bir  təşkilatın  kimlərinsə  təsiri  altına  düşməsi, məruzəçilərin  müxtəlif  adlar  altında  xaricdə  gizlənmiş  və  Azərbaycan  haqqında  böhtan  və  iftiralar  yayan  qruplardan  yararlanması  bu  təşkilatın  imicinə  ləkə  gətirir. 

 

Mən  hər  zaman  fikrimi  azad  və  birbaşa  deyən  şəxs  olmuşam  və  indi də  deyirəm ki,  bizim  haqq  işimizə  Avropa  Şurası  tərəfindən  olan  münasibət  bizdə  bu  quruma  qarşı  təəssüf  və nifrət  hissi  yaradır. Bu  qədər  qaçqın  və  köçkünün, əsirlikdə  saxlanılan  minlərlə  insanın, girov  götürülmüş  və  uydurma ittihamlarla  həbs  edilmiş  Azərbaycan  vətəndaşlarının  hələ də  azad  edilməməsində  Avropa  Şurası  Parlament  Assambleyasının  bizə  qarşı  apardığı qərəzli  siyasətin də  payı  vardır.  Prezident  İlham  Əliyevin  apardığı  daxili  və  xarici  siyasəti  bəyənir  və   tələb  edirik  ki, Azərbaycana  olan  münasibət  tam  dəyişdirilməlidir, Avropa Şurası  ölkəmizdə  olan  problemlərə  ədalətli  yanaşma  nümayiş  etdirməli, həllinə  dəstək  verməlidir.

 

Vahid Əhmədov

Milli Məclisin üzvü

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top