Türkiyədə ilk erməni muzeyi açıldı

DÜNYA 06 iyn 2020, 17:33

Türkiyənin Hatay əyalətinin Samandağ bölgəsində, Vakıflı adlı erməni kəndində ölkədə ilk erməni muzeyi açıldı.


Demokrat.az xəbər verir ki, bu haqda məlumatı Akunq.net nəşri yayıb.


“Vakıflı” Erməni Apostol Kilsəsi Fondunun sədri Cem Çapar “Musaler” adlanan muzey təkcə ermənilərin deyil, həm də bölgədəki bütün xalqların mədəniyyətlərini təmsil etdiyini deyib.


Bu ərazilərdə “ortaq bir mədəniyyət” meydana gəldiyini vurğulayan Çapar həyat yoldaşı Laura Çapar ilə birlikdə muzeyin açılması layihəsinin həyata keçirilməsində uzun müddət çalışdıqlarını söyləyib.


Çapar layihəni dəstəkləyən hər kəsə – Hatay vilayətinin başçısı Rəhmi Doğana, digər səlahiyyətlilərə və Şərqi Aralıq dənizi İnkişaf Agentliyinə təşəkkür edib.


Çaparın sözlərinə görə, muzeyin kolleksiyasının çox hissəsi kənd sakinlərindən alınan əşyalardan ibarətdir.


“Musaler” muzeyində milli geyimlər, tarixi əşyalar, zərgərlik məmulatları nümayiş etdirilir. Muzeydə qoyulan ekranda isə yerli sakinlərin adət-ənənələrindən bəhs edən video materiallara baxmaq olar. Bu barədə news.am xəbər verir.(konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top