Sumqayıtda imtalanların ləğv edilməsi üçün tələbələr imza toplayırlar

SOSİAL 06 iyn 2020, 16:41

Sumqayıt Dövlət Universitetinin tələbələri (1-ci, 2-ci, 3-cü kurs) imtahanların ləğv edilməsi üçün imza kampaniyası başladıblar.


Demokrat.az Yeniavaz.com-a istinadən xəbər verir ki, tələbələr bildirir ki, bir çox universitetlər imtahanları ləğv edib, 4-cü kurs tələbələri imtahansız diplom alırsa biz də imtahanların ləğv edilməsini istəyirik: “Hər kəsə məlum olduğu kimi mövcud vəziyyətlə əlaqədar vətəndaşların müəyyən problemləri və çətinlikləri vardır. Məlum səbəblərdən dərslər tələbələrə bir müddətdir ki, online şəkildə tədris olunur. Lakin online təhsil bizim üçün ilkdir və bunun üçün şəraitin olmaması tələbələri sarsıdır. Təhsil Nazirliyi qeyd etmişdir ki, hər kəs fərqli bölgədə olduğuna görə online dərslərə qoşula bilmir və məcburi deyildir.


Necə ki, bir çox universitetlər imtahanı ləğv ediblərsə, 4cü kurs tələbələri imtahan vermədən diplom alacaqlarsa, biz də Sumqayıt Dövlət Universiteti tələbələri olaraq imtahanlardan azad olmaq istəyirik. Çünki biz də tələbəyik və eyni hüquqlara sahibik. Zəhmət olmasa imtahanların ləğv olunması ilə bağlı məlumatı təsdiq edəsiniz.Tələbələrin vəziyyəti nəzərə alınsın, onlara bu semestr bağışlanılsın və tələbələr imtahansız növbəti kursa keçirilsin”.


İmzalamaq üçün link: http://chng.it/BYBqjYmQB2

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top