Milli Məclisin təntənəli iclası olacaq - Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı

SİYASƏT 03 sen 2018, 12:22

Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən təntənəli iclasın keçirilməsi ilə bağlı bir sıra ölkələrin parlamentlərinə dəvət göndərilib.

 

​Demokrat.Az xəbər verir ki, bu barədə Report-a Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

 

O bildirib ki, sentyabrın 20-də keçiriləcək iclasda xarici ölkələrin parlamentlərinin spikerilərinin, nümayəndə heyətlərinin iştirakı gözlənilir.

 

A.Təvəkküloğlu qeyd edib ki, yubileylə bağlı film, kitab və broşürlər hazırlanır.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top