Gəncədə karantin qaydalarını pozaraq çörək bişirən sex aşkarlandı — FOTOLAR

HADİSƏ 06 iyn 2020, 14:00

Gəncə şəhərində sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq fəaliyyətini davam etdirən çörək sexi aşkarlanıb.


Demokrat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan verilən məlumata görə, şəhərin Nizami rayonu ərazisində yerləşən sexin fəaliyyəti polis əməkdaşları tərəfindən dayandırılıb.


Obyekt sahibi və işçiləri barəsində qanuna uyğun olaraq cərimə tətbiq edilib.


Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, həftəsonu qadağaları olan şəhərlər siyahısında Gəncə də var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top