“Fuad Muradovun şəhid ailələrinin ünvanına “atdırır” ifadəsini səsləndirməsi təhqir deyil” — Atası

GÜNDƏM 06 iyn 2020, 13:43

Milli Fədailər Hərəkatı adlandırılan təşkilatın rəhbəri Fuad Muradovun atası Arif Muradov açıqlama verib.

 
Demokrat.az-ın xəbərinə görə, A.Muradov F.Muradovun şəhid ailələrini təqhir etmədiyini bildirib.

 
“Burada pis ifadə yoxdur ki... “Atlanmaq”, “hoppanmaq”, “hoppana-hoppana getmək” ana dilimizdə işlənir. Şəhid şəhid ailələrinin deyil, dövlətin şəhididir. Torpağı qoruyanlar hər bir vətəndaşın baş tacıdır. Elə bir insan tapılmaz ki, şəhidin ruhuna söysün. Fuad özünə kəndir alar, asar, amma heç vaxt şəhidləri təhqir etməz” – A.Muradov qeyd edib.(pravda.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top