Manaf Ağayev bahalı avtomobillərindən danışdı — VİDEO

ŞOU-BİZNES 06 iyn 2020, 13:31

Son günlər sosial şəbəkədə paylaşdığı bahalı avtomobilləri ilə müzakirələrə səbəb olan müğənni Manaf Ağayev məsələyə aydınlıq gətirib. 


Demokrat.az xəbər verir ki, ATV telekanalında yayımlanan "7 Canlı” verilişinin qonağı olan ifaçı maşının əslində ucuz olduğunu açıqlayıb: "Avtomobili kiçik oğlum Müşfiq üçün almışam. İnsanlar elə düşünürlər ki, bu avtomobil çox bahalıdır, belə deyil. Qiymətini açıqlamaq istəmirəm. Bircə onu deyə bilərəm ki, idman avtomobilinin ili köhnədir. Çox ucuz maşındır”. 


Qeyd edək ki, şou-biznesin ən zəngin müğənniləri sırasında adı çəkilən M.Ağayev tez-tez villaları və lüks avtomobilləri ilə gündəmə gəlir.(qaynarinfo.az)

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top