Dəhşətli təyyarə qəzası: 5 nəfər öldü

DÜNYA 06 iyn 2020, 10:21

ABŞ-ın Corciya ştatının şimalında kiçik təyyarə qəzaya uğrayıb, azı beş nəfər, o cümlədən iki uşaq ölüb.

 

Demokrat.az-ın xəbərinə görə, bu barədə yerli polisə istinadla “Fox” televiziyası məlumat verib.

 
Məlumata görə, göyərtədə bir pilot və cənazə mərasimi üçün Florida-dan İndianaya uçan dörd ailə üzvü olub. Onların heç biri sağ qalmayıb.

 
ABŞ Federal Aviasiya Administrasiyasının bildirdiyinə görə, təyyarə qasırğaya düşüb. Hadisənin digər təfərrüatları açıqlanmır.(pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top