Yayılmış əxlaqsız videoya görə qızını güllələdi — Videodakı şəxs başqası çıxdı

DÜNYA 06 iyn 2020, 09:30

Türkiyədə qızını internetdə yayılmış videosuna görə öldürən Harun Yıldız barəsində ağırlaşdırılmış ömürlük cəza istənilib.


Demokrat.az xəbər verir ki, 51 yaşlı ata 18 yaşlı qızını odlu silahla qətlə yetirəndən sonra videodakı şəxsin onun qızı Şeyma Yıldız olmadığı məlum olub.


Eyni zamanda, ata və qızının mobil telefonlarında Şeyma Yıldıza aid əxlaqsız video tapılmayıb.


Qeyd edək ki, Harun Yıldız sevgilisi ilə əxlaqsız videosu yayılması iddiası ilə gənc qızını güllələyərək öldürüb.


Ekspertizanın nəticəsinə görə, onun bədənində səkkiz güllə yarası aşkar edilib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top