Sərdar Cəlaloğlu: “Qadın yanında məhrəm kişi olmazsa, həcc ziyarətinə belə getməyə ixtiyarı yoxdur”

GÜNDƏM 05 iyn 2020, 22:48

“Qadınla kişinin hüquqları bərabədir, amma imkanları bərabər deyil”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
 

“Biz kişilər ədalətli olaraq qadınların imkanlarına uyğun hüquqlarını yerinə yetirmələrinə dözürük. Cəmiyyətin özü dözüm əsasında mövcuddur. Tolerantlıq olmayan yerdə cəmiyyət ola bilməz. Hüquq bərabərliyini imkan bərabərliyi kimi başa düşürsünüzsə, onda gərək qadınlar da kişilər kimi müharibə gedələr. 


Dinə görə bir qadın yanında məhrəm kişi olmazsa, həcc ziyarətinə belə getməyə ixtiyarı yoxdur. Amma bu gün Azərbaycan qadınları yanında ər yox, qardaş yox, Türkiyəyə, Dubaya gedirlər. Bir çoxları da Azərbaycan xalqının başını aşağı salan işlər görürlər. 


Uşaq məktəbə gedir, müəllimə tabe olmazsa, dərs oxuya, xəstə həkimə tabe olmazsa, sağala bilməz. Qadın da ərə gedir, kişiyə tabe olmazsa, ev xanımı ola bilməz. Sosiologiyaya görə iki nəfər bir yerdədirsə, biri lider olur. Ailə də sosial institutdur. Kişi ön cəbhədirsə, qadın arxa cəbhədir” – S.Cəlaloğlu qeyd edib.(İTV)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top