Azərbaycandan ABŞ-a getmək istəyənlərin NƏZƏRİNƏ

GÜNDƏM 06 iyn 2020, 00:05

ABŞ-ın xarici nümayəndəlikləri ən qısa zamanda sadə viza xidmətləri göstərilməsini bərpa edəcək, lakin dəqiq tarixi hələ bilinmir.

 

Demokrat.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin diplomatik nümayəndəlik tərəfindən viza verilməsinin bərpa olunması ilə bağlı yaydığı bəyanatda deyilir.
 

“COVID-19 pandemiyası ilə əlaqədar dünyada yaranan ciddi problemlərə cavab olaraq, Dövlət Departamenti ABŞ-ın bütün səfirlik və konsulluqlarında sadə viza xidmətlərini müvəqqəti olaraq dayandırıb. Resurslar icazə verən kimi, səfirliklər və konsulluqlar missiya üçün təcili və vacib viza xidmətləri göstərməyə davam edəcəklər”, - səfirlikdən qeyd ediblər.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top