"Prezident nə edirsə, xalqın sağlamlığı, rifahı üçün edir" — Təşkilat sədri

GÜNDƏM 05 iyn 2020, 20:12

"Bu günki vəziyyət və ümumiyyətlə Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra son 10 gün içərisində koronavirusa yoluxmaların tendensiyasına baxdıqda həqiqətən də daha sərt tədbirlərin görülməsinə zərurət yarandığını görürük".

 

Demokrat.az xəbər verir ki, bunu karantin rejiminin yenidən sərtləşdirilməsi ehtimalı ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının Bərdə rayon təşkilatının sədri Bakir Qarayev bildirib.

 
B.Qarayev qeyd edib ki, rəhbəri olduğu təşkilat üzvləri ilə birgə Nazirlər Kabinetinin son vəziyyətlə bağlı qərarını dəstəkləyirlər:


"Biz siyasi təşkilat olaraq, son günlərdə karantinin sərtləşdirilməsi tədbirlərini bəyənirik. MMP Bərdərayon təşkilatı olaraq xalq içərisində marifləndirmə tədbirləri həyata keçiririk. Əhalini bir yerə toplaşmamağa, məsafə saxlmağa, daim təmizliyə riayət etmələrinə, spirt və maskalardan yararlanaraq, gigiyenik qaydalara və karantin qaydalarına ciddi riayət etməyə çağrırıq".
 

B.Qarayev Prezidentin karantinlə bağlı bütun fərman və qərarlarını dəstəklədiklərini vurğulayaraq, xalqımız üçün bunların vacib olduğunu deyir:


"Pandemiyaya qarşı mübarizə bu gün bizim hər birimizin ən vacib həyati bir mübarizəmiz olmalıdır. Bu günlərdə cənab Prezidenti görüşlərdə maska geyinən gördük. Bununla da dövlət başçısı örnək nümayiş etdirdi. Bizim də borcumuz ondan örnək götürməkdir. Çünki Prezident nə edirsə, xalqın sağlamlığı, rifahı üçün edir. Hər kəs özünü koronavirusdan qorumaqla ailəsini və bütün ətrafını xilas etmiş olacaq".(Versus.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top