“Ən uğursuz işləyən nazirlik…“ — Deputat Rabitə Nazirliyini TƏNQİD ETDİ

SOSİAL 05 iyn 2020, 21:58

“Koronavirus dövründə ən uğursuz işləyən nazirlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi oldu. Biz bu dövrdə provayderlər tərəfindən dayanıqlı internet görmədik. Tez-tez onlayn əlaqə kəsilirdi”.


Demokrat.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə deyib.


O qeyd edib ki, Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklərə əsasən cinayət mühakimə icraatında müasir informasiya-kommunukasiya texnologiyalarının imkanlarından istifadə edilməsi, habelə xüsusi karantin rejimində və digər xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsini təmin ediləcək:


“Bəs biz bu videokonfransı mövcud internetlə həyata keçirə biləcəyikmi? Pandemiya dövründə gördük ki, ölkədə internetlə bağlı problem var”. /Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top