İlqar Məmmədov əhalini şənbə-bazar günü karantin qaydalarına riayət etməyə ÇAĞIRDI

GÜNDƏM 05 iyn 2020, 21:21

“Şənbə-bazar hər kəsi sərt karantin qaydalarına riayət etməyə çağırıram. Heç də hökumətin koronavirus sahəsində indiyədək apardığı siyasəti bəyəndiyim üçün yox. Əksində, hələ aprelin 15-də demişdim ki, Azərbaycanda sərt karantin tədbirləri həddindən tez tətbiq olunub və açılım olan kimi kütləvi yoluxma baş verəcək”.


Demokrat.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.


“Lakin indi sosial məsafə saxlanılmasa, ictimai yerlərdə maska taxılmasa və virusun yayılmasına qarşı digər tədbirlərə riayət edilməsə, xəstəxanalardakı vəziyyət çox acınacaqlı olar. Virus hər yerdə müxtəlif sürətlə yayılır və Azərbaycan onun qarşısını vaxtından əvvəl tam almasaydı, indi digər ölkələrdə olduğu kimi vəziyyət yaxşılığa doğru dəyişirdi. 


İqtidar səhv edə bilər – bu haqqı ona koronavirus məsələsində ən əvvəldən tanımışıq, çünki bütün dövlətlər bu yolu sınaya-sınaya gedir, hazır və hər kəsə məlum cavab indiyədək olmayıb. Amma bu dəfə biz REAL müxalifət olaraq vətəndaşları daha diqqətli olmağa, qaydaları icra etməyə çağırırıqsa, hazırda bu qaydaların həqiqətən əhəmiyyət kəsb etdiyinə kiminsə şübhəsi qalmamalıdır” – İ.Məmmədov qeyd edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top