Ukraynalı deputatlar imza topladı — Erməni nazirin qovulması üçün

HADİSƏ 05 iyn 2020, 21:09

Ukrayna Ali Radasında Daxili İşlər naziri Arsen Avakovun vəzifədən uzaqlaşdırılması ilə bağlı 3606 nömrəli müraciət qeydiyyata alınıb.


Demokrat.az xəbər verir ki, bu barədə “İnterfaks” yazıb.


Müraciətin təşəbbüskarı kimi “Qolos” fraksiyasının deputatları çıxış ediblər. Onlar nazirin qovulmasının səsverməyə çıxarılması üçün parlamentarilərin imzalarını toplayıblar.


“Xalqın xidmətçisi” Partiyasının deputatları və “Avropa Həmrəyliyi”ndən Yana Zinkeviç də sənədin həmmüəllifləri sırasında olub.


Qeyd edək ki, A.Avakov milliyyətcə ermənidir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top