Hava şəraitindən asılı olmayaraq neftçilər evakuasiya olunmayacaq? — RƏSMİ AÇIQLAMA

GÜNDƏM 05 iyn 2020, 20:05

"Artıq şiddətli küləklər zamanı dənizdə neft hasil edən idarə və müəssisələrdə çalışan neftçilər (estakada, platforma, DDÖ və s.) evukasiya olunmayacaq".


Demokrat.az xəbər verir ki, bu iddianı “Facebook”da SOCAR-ın mətbuat katibi İbrahim Əhmədovun adından Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı yayıb.


Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov bildirib ki, o belə bir şey deməyib: 


“Mən demişəm ki, biz artıq son zamanlar daha az sayda işçiləri çıxarmağa başlamışıq. Ona görə ki, vəziyyət yaxşılaşıb. Bir çox platformalarda artıq qəza riski daha aşağıdır, orada əsaslı təmir işləri aparılıb. Amma yenə də hava şəraiti çox kəskin olan zaman müəyyən sayda işçilər çıxarılır. Sadəcə olaraq indi əvvəlki qədər ehtiyac yoxdur. Əvvəl daha çox çıxarırdıq. Çünki qəza ehtimal etdiyimiz yerlər daha çox idi. İndi bu risklər müəyyən qədər aşağı salınıb”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top