Ermənistanda maska taxmayan şəxsə görün polis nə etdi — Paşinyanın göstərişi ilə (VİDEO)

HADİSƏ 05 iyn 2020, 18:48

Ermənistanda polislər küçədə maska taxmayan vətəndaşa qarşı zorakılıq tətbiq edərək onu həbs ediblər.


Demokrat.az xəbər verir ki, polis zorakılığının əks olunduğu video görüntünü Ermənistanın məşhur ictimai fəallarından biri olan Manuel Manukyan sosial şəbəkə hesabında paylaşıb.


Manuel Manukyanbildirib ki, polisin vətəndaşa qarşı bu cür davranmasının səbəbkarı Baş nazir Nikol Paşinyandır.


Qeyd edək ki, son bir-neçə gündür Ermənistanın baş naziri Nikol Paşinyan maska taxmayan vətəndaşların fotolarını sosial şəbəkə hesabından paylaşaraq polisi müdaxilə etməyə çağırıb.


Paşinyan özünün sosial şəbəkə hesabında belə yazıb:


“Polis bir güc strukturudur və müəyyən edilən qaydalara açıq şəkildə məhəl qoymayanlardan qanuna uyğun olaraq güc tətbiq etmələri tələb oluna bilər. Bu mənim polisdən tələbim, bu da cəmiyyətin polisdən tələbidir".(Yeniavaz.com)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top