"Qiyamı yatırmaq mümkün idi, amma Elçibəy əmr etdi ki..." — Fəhmin Hacıyev

GÜNDƏM 05 iyn 2020, 17:57

Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev sosial şəbəkədə 4 iyun qiyamına münasibət bildirib.


O müzakirələrdə qeyd edib ki, qiyamı yatırmaq mümkün olub, lakin 5 iyunda Ali Baş Komandanın əmri var ki, hökumət qüvvələri hücuma keçməsin.


Fəhim Hacıyev yazıb ki, prezident Əbülfəz Elçibəyin əmrinə əsasən, hökumət qüvvələri hücuma keçməməli, müdafiə mövqeyində dayanmalı idi: 


""Qiyamın yatırılması məsələsi iki mərhələdən ibarətdir. Birinci mərhələ 4 iyuna qədər olan mərhələ. Tərkisilaha uğursuz cəhd. Burada mübahisəli heç nə yoxdur. İkinci mərhələ isə 4 iyundan sonrakı mərhələdir. 5 iyunda Ali Baş Komandanın əmri var ki, hökumət qüvvələri hücuma keçməsin, müdafiə mövqeyində dayansın. 


İyunun 7-də isə mən təklif edirəm ki, həmin əmrin icrası dayandırılsın. Birləşmiş qüvvələrdən ibarət qüvvənin iştirakı ilə qiyamçılara qarşı əməliyyat keçirilsin. Mənim təklifim də qəbul olunmadı və mən də siyasi qərara tabe oldum, olmalı idim. Çünki Daxili Qoşunlar öz gücü ilə əməliyyat keçirə bilməzdi. Müdafiə Nazirliyinin, Daxili Qoşunların və digər qüvvələrinin birgə əməliyyatı keçirilməsini məqsədəuyğun bilirdim. Dadaş Rzayevə (o vaxtkı Müdafiə naziri) və MN-nin rəhbərliyinə inamım olmadığına görə əməliyyata rəhbərliyi Daxili Qoşunlara verilməsini təklif etmişdim".


"Təkrar edirəm, bunlar 4 iyundan sonra olanlardır. Mənim çıxışıma qarşı ilk sətr reaksiya verən isə P. Hüseynov olmuşdu", - o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top