Azərbaycanda şok hadisə — Dövlət qurumunun binasında barama yetişdirilir (FOTOLAR)

HADİSƏ 05 iyn 2020, 17:33

Göyçayda dövlət qurumlarının binalarında barama qurdu yetişdirilir. 


Bununla Demokrat.az-a rayon sakinlərindən məlumat daxil olub. 


Təqdim olunan fotolardan da aydın görünür ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin Göyçay rayon şöbəsinin binasında barama qurdu bəslənilir. 


Məlumata görə, şöbənin əməkdaşları rayon ərzisində əkilmiş tut ağaclarından gündəlik olaraq yarpaq toplayır və barama qurdlarını bəsləyirlər. Hətta, buna görə ağacların kəsilməsinə yerli İcra Hakimiyyəti də göz yumur. 


Məsələ ilə bağlı Demokrat.az-a danışan sakinlər bildirib ki, bu cür hallar əvvəllər də mövcud olub. 


Onların sözlərinə görə, Göyçayda bir sıra idarə və təşkilatlar ya ipək qurduna görə tələb olunan məbləği ödəməli, yaxud da hər hansı vasitə ilə onu yetişdirməlidirlər. 


Sakinlər məhz bu səbəbdən də barama qurdunun dövlət idarələrinin otaqlarında yetişdirildiyini bildirib. 

 

 

 


Elçin Rizvanoğlu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top