Paşinyanın reytinqi kəskin düşüb

DÜNYA 05 iyn 2020, 14:41

Son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi kəskin şəkildə düşüb.


Demokrat.az xəbər verir ki, bu, son deyil və hökumət başçısının reytinqi düşməkdə davam edir.


“Koronavirus şəraitində rəy sorğusu keçirmək çətindir. Ancaq koronavirus hay-küyü başlayandan sonra iqtisadi kollaps, təyyarə-almaz-siqaret-silah qalmaqalı onun reytinqini azaltmayıb, ona olan nifrəti artmasına səbəb olub”, - qəzet bildirib.


Qəzetin yazdığına görə, mütəxəssislər tezliklə reytinq şkalasını dərc edəcəklər: “Bundan sonra Ermənistan daxilindəki hadisələr həlledici, fəal fazaya keçəcək. Məlumatlı mənbələr real hadisələrin iyul-avqust aylarında baş verəcəyini təsdiqləyirlər”.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top