Erməni nazirin sonu yaxınlaşır: Ali Radanın önündə istefası üçün mitinq keçirilir — VİDEO

DÜNYA 05 iyn 2020, 13:23

İyunun 5-də Ukraynanın daxili işlər naziri Arsen Avakovun istefası üçün Ali Rada binasının yaxınlığında etiraz aksiyası keçirilir.


Demokrat.az xəbər verir ki, bu haqda məlumatı “Səs” partiyası yayıb.


“Ukraynalıların dinc etiraz etmək hüququ var. Hakimiyyət bu hüququ əlimizdən alanda nə olacağını yaxşı bilməlidir”- partiyanın nümayəndələri belə deyib.


Eyni zamanda, Radanın ətrafında artıq bir neçə yüz adam toplaşıb. Ayrıca sağ sektorun simvolları olan çadırlar da qurulub.


İştirakçılar əllərində “Avakov və köpəklər – sonunuz gəldi”,  “2295 gün Avakov polisinin təhlükəsizliyi olmadan” yazılmış plakatlar saxlayırlar. İnsanlar “Avakov – cəhənnəmə vasil ol!” deyə qışqırırlar. Hadisə yerində hüquq mühafizə orqanının əməkdaşları da var.(konkret.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top