Prezident xalqa örnək oldu: Doğmalarımızı xilas etməyin yeganə yolu budur

TƏHLİL 05 iyn 2020, 12:28

Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində 6 iyun 00:00-dan 8 iyun 00:00-a qədər xüsusi karantin rejiminin ən sərt formasının tətbiq edilməsi haqda qərar qəbul olundu. Bu tarixdə vətəndaşların küçəyə çıxması qadağan ediləcək. Çünki koronavirusa yoluxma və ölüm halları ilə bağlı son günlərin statistikası həqiqətən vəziyyətin nəzarətdən çıxa biləcəyi təhlükəsini yaratdı.


Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün açıqladığı statistikaya görə, ölkədə son 24 saatda 262 yeni yoluxma faktı qeydə alınıb. Bu, karantin rejiminin yumşalma dövründə ən yüksək yoluxma faktlarından biridir. İki nəfər virusun qurbanı oldu. Ümumi vəfat edənlərin sayı 78 nəfərə çatıb.


Karantin rejimin sərt tətbiqi dövründə iki rəqəmli olan yoluxma artıq üç rəqəmli səviyyəsinə çatıb. Hazırda yeganə çıxış yolu karantin rejiminin sərtləşdirilməsidir. Çünki hələ də virusa laqeyd yanaşan, məsuliyyətsiz davranan vətəndaşlar addımbaşı qarşımıza çıxır. Tibbi maskanı öz sağlamlığı üçün yox, cərimə olunmamaq üçün taxanlar da göz qabağındadır. Müşahidələr göstərir ki, bir çox vətəndaş tibbi maskanı metroya daxil olarkən daxil, lakin qatarda olarkən çıxarır, yaxud polis əməkdaşlarını görəndə istifadə edir, daha sonra çıxarır. Halbuki, tibbi maskadan istifadə məhz vətəndaşların sağlamlığı üçün zəruri hala gətirildi. 


Bəs vətəndaşlar nə edir? Sanki polis əməkdaşlarını aldatdıqlarını düşünür, qoyulan qaydaları müxtəlif yollarla pozmağa çalışırlar və çoxları bunun əslində özlərini aldatdıqlarını, doğmalarını və bütövlükdə cəmiyyəti təhlükəyə atdığının fərqində deyil. Bu mənzərə fonunda həftə sonu karantin rejiminin ən sərt formasının tətbiqi yeganə çıxış yolu kimi görünür və hökumətin bu addımı məhz özünü və doömalarını düşünməyən vətəndaların sağlamlığını qorumaq məqsdi daşıyır.


Pandemiya başladığı dövrdə Azərbaycan vaxtında və düzgün mübarizə istiqaməti seçən əsas ölkələrdən oldu. Tədris prosesinin onlyan rejimə keçirilməsi, aviareyslərin ləğvi, sərhədlərin bağlanması, ölkədə xüsusi karantin rejiminin tətbiqi və digər addımlar vətəndaşların sağlamlığının qorunmasına hesablanmışdı. Karantin rejiminin tam şəkildə tətbiq edildiyi dövrdə yoluxma və ölüm halları olduqca az idi. Proseslərin sonrakı inkişafı, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri və dünya ölkələrinin atdığı addımlar nəzərə alımaraq, mərhələli qaydada normallaşma dövrü balandı. Hökumət normallaşma ilə yanaşı, vətəndaşlara tibbi maskadan istifadə edə sosial məsafənin saxlanılması ilə bağlı tövsiyələr də verdi. Lakin vətəndaşların məsuliyyətsizliyi vəziyətin kritik həddə çatmasına səbəb oldu.


Tibbi maskadan istifadə edilməməsinə görə cərimələrin tətbiq edilməsi normallaşma dövründə vəziyyətin nəzarətdən çıxmasının qarşısını almağa hesablanmış ilk addımdır. Amma inzibati cəzaların olmasına rəğmən, vətəndaşların öz sağlamlığına qarşı məsuliyyətsizliyi yoluxma hallarının pik həddə çatmasına səbəb oldu. Belə situasiyada dövlət məhz vətəndaşların sağlamlığının qorunması məqsədilə həftə sonu sərt karantin rejiminin tətbiq edilməsi haqda qərar qəbul etdi.


Bu qaydalara əməl etmək hər bir vətəndaşın öz sağlamlığı üçün vacibdir. Nəzərə alsaq ki, sərt karantinin tətbiqi həftənin cəmi iki gününü əhatə edir, ölkədə kifayət qədər ərzaq ehtiyatı var, maskalar və tibbi spirt ehtiyacı daxili istehsal hesabına ödənilir, o zaman heç bir narahatçılığa əsas yoxdur. Cəmi iki gün qapanma vəziyyətində yaşamaq sağlamlığımız üçün həyati əhəmiyyət daşıyır.


Prezident İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən tibbi maskadan istifadə etməsi də hər bir vətəndaş üçün örnək olmalı, heç kim məsuliyyət hissini unutmamalıdır. Yalnız öz sağlamlığımıza qarşı məsuliyyətli olacağımız təqdirdə bu bəlaya birgə qalib gələcəyik...


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top