Azərbaycanda məhkəmə zamanı hakimə hücum olundu

HADİSƏ 05 iyn 2020, 11:49

Şamaxı rayon Məhkəməsində hakimə qarşı müqavimət göstərilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şamaxı rayon Məhkəməsində Xudaverdiyev Aslan Əliyar oğlu məhkəmə iclası zamanı hakimə hörmətsizlik edib.


Daha sonra o, məhkəmə iclas zalına daxil olan mühafizə polisi və məhkəmə icra məmurlarına qarşı da müqavimət göstərib.


Hadisə ilə bağlı protokol tərtib olunub və araşdırma aparılıb.


Araşdırmalar zamanı Aslan Xudaverdiyevin bir neçə nəfərə qarşı dələduzluq etdiyi üzə çıxıb.


İstintaq orqanı tərəfindən Aslan Xudaverdiyevin barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) və 315.1-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsi ilə ittiham elan edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top