Maska taxmayanlara qarşı reyd: Cərimələnənlər var — VİDEO

SOSİAL 04 iyn 2020, 23:48

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə başlayıb.


Baku TV xəbər verir ki, reyddə taksi fəaliyyəti ilə məşğul olan şəxslərə də xəbərdarlıq edilib.


Reydlər mütəmadi olaraq keçiriləcək. Sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq qərar iki gün əvvəl qəbul olunub.


Qanuna əməl etməyən fiziki şəxsləri 50, vəzifəli şəxsləri 100, hüquqi şəxsləri isə 200 manat məbləğində cərimə gözləyir.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top