Azərbaycanda rekord sayda COVID-19 testi aparıldı — FOTO

SOSİAL 04 iyn 2020, 23:23

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Azərbaycanda bu gün koronavirusla bağlı aparılan test sayını açıqlayıb.


Demokrat.az xəbər verir ki, bu gün 7 047 test aparıldığı bildirilir.


Ölkədə indiyədək 322 574 test aparılıb.

 

Qeyd edək ki, Azərbaycanda 262 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1960 və 1963-cü il təvəllüdlü iki nəfər vəfat edib.


İndiyədək ölkədə 6 522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 3 737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib. Hazırda 2 707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Digər şəxslərin səhhəti sabitdir.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top