XİN: Gürcüstan Ermənistana kömək göstərməyə hazırdır

DÜNYA 04 iyn 2020, 21:28

Gürcüstan koronavirusla mübarizədə Ermənistana kömək göstərməyə hazır olduğunu bir daha təsdiqləyib.

 

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, Gürcüstan və Ermənistan hökumətləri arasında koronavirusla bağlı vəziyyətə dair intensiv kommunikasiya var: “Bir neçə gün bundan öncə Giorgi Qaxaria və Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Ayrı-ayrı nazirliklər səviyyəsində də əlaqələr mövcuddur. Bu gün hər iki ölkənin xarici işlər nazirləri Gürcüstan və Ermənistandakı COVID-19 pandemiyası ilə bağlı vəziyyət barədə məlumat mübadiləsi həyata keçiriblər. Davit Zalkaliani erməni həmkarına Gürcüstan hökumətinin Ermənistana kömək göstərməklə bağlı hazırlığını təsdiqləyib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top